Müəllimlər əmək haqlarına əlavələri oktyabr maaşında alacaqlar – RƏSMİ

Müəllimlər əmək haqlarına əlavələri oktyabr maaşında alacaqlar – RƏSMİ

Hazırda oxunan: Müəllimlər əmək haqlarına əlavələri oktyabr maaşında alacaqlar – RƏSMİ
162455
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu il müəllimlərin sertifikatlaşdırılması prosesi qaydalara uyğun həyata keçirildi. Sertifikatlaşdırmadan uğurla keçən müəllimlər məktəbdə qalır, maaşlarına əlavələr alır, uyğun olmayanların isə gələcəkdə əmək müqaviləsinə xitam veriləcək”.

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, müəllimlərin sertifikatlaşdırılması prosesi növbəti illərdə də davam edəcək.

“Növbəti tədris ilində hansı fənn müəllimlərinin sertifikatlaşdırmadan keçəcəyi yaxın zamanda ictimaiyyətə açıqlanacaq. Sertifikatlaşdırma prosesindən uğurla keçən müəllimlərin əmək haqlarına əlavələr sentyabrdan hesablanacaq. Təhsilverənlər əlavələri oktyabr maaşında alacaqlar”.
Xatırladaq ki, oktyabrın 14-dək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 min 883 nəfər müəllim iştirak edib. Onlardan 21 min 784 nəfəri uğur qazanıb.

Sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17914 müəllimin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunacaq.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO