Zaqatalada 12 il əvvəl baş verən cinayət işinə yenidən baxılacaq - FOTO

Zaqatalada 12 il əvvəl baş verən cinayət işinə yenidən baxılacaq - FOTO

Hazırda oxunan: Zaqatalada 12 il əvvəl baş verən cinayət işinə yenidən baxılacaq - FOTO
162368
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ali Məhkəmə Zaqatalada baş verən cinayət hadisəsinin Şəki Ağır Cinayətlər Məhkəməsində yenidən baxılması haqda qərar verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yük maşınının sürücüsü işləyən Polad İsmayılov 12 il əvvəl Zaqatalada kirayə qaldığı evin 61 yaşlı sahibi Seyran Əyyubovanı öldürməkdə təqsirli bilinib və 11 il həbs cəzası alıb.  

Cinayəti törətməkdə təqsirli bilinən Polad İsmayılov və vəkili Zabil Qəhrəmanov cinayət işinin düzgün aparılmadığına dair Ali Məhkəməyə protest verib. Araşdırmalardan sonra  Ali Məhkəmə dörd ildir həbsdə olan Polad İsmayılovla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarını ləğv edib.
Vəkil bildirib ki, bu səbəbdən iş yenidən apelyasiya baxışına qaytarılıb və yaxın vaxtlarda Şəki Ağır Cinayətlər Məhkəməsində proses keçiriləcək. 

Zaqatalada 12 il əvvəl baş verən cinayət işinə yenidən baxılacaq - FOTO - foto 1

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO