14 dekabr - dünyanın üç dahi şəxsiyyətinin doğum günüdür. Onlardan ikisi azərbaycanlı, biri hindistanlıdır. Hindistanlı- xa0dahi ölməz kinoaktyor Rac Kapurdur. Azərbaycanlılardan biri incəsənət, o biri isə elm adamıdır. İncəsənət xadimi xa0unudulmaz müğənnimiz Rəşid Behbudovdur. “Hər il bu gün onun haqqında müxtəlif media vasitələrində yazılır, danışılır. Elm xadimi olan Azərbaycan ”“türk ziyalısını isə nədənsə xatırlayanlar az olur. Amma onun bəşər elmi ilə yanaşı, xalq, vətən, milli dövlətçilik qarşısındakı xidmətləri də böyük və danılmazdır. Təəssüf ki, xa0Qarabağın Mərzili obasından olan bu sadə, təvazökar, həm də gözəl insanın kəşflərinə dünya xa0dəyər versə də, öz vətəni Azərbaycanda o, layiqincə qiymətləndirilmədi... xa0
Bu dahi insan - cahanşümul kristalloqraf alim Xudu Məmmədov idi. Bu gün sağ olsaydılar, onun haqqında Azərbaycanın digər tanınmışları Bəxtiyar Vahabzadə, xa0Yusif Məmmədəliyev, Nurəddin Rza, Şahmar Əkbərzadə, Famil Mehdi və başqaları da günlərlə danışardılar. xa0Xudu Məmmədov o adam idi ki, 1994-cü ilin avqustunda mərhum Əbülfəz Elçibəy bu sətirlərin sahibi ilə söhbətdə onu özünün mənəvi-ideoloji müəllimi adlandırmışdı. Ancaq Xudu Məmmədov barəsində ən maraqlı və ətraflı danışa bilən xa0rəhmətlik Milli Azadlıq Qərargahı (MAQ)lideri, özünü “milli mason”x9d adlandıran Oqtay Eldəgəz idi. xa0Özü də o, MAQ-da müavini olmuş xa0bu dahi alimə rəsmi sənədlərdə olduğu kimi, Xudu Məmədov yox, milli dilçilik törələrinə uyğun olaraq Xudu Məmmədli deyirdi.xa0

MAQ lideri ilə maraqlı söhbətlərimizi zaman-zaman Moderator.azxa0vasitəsilə sizlərə təqdim edirik. Bu dəfə gözəl ziyalımızın doğum günü münasibətilə onunla məhz Xudu Məmmədli haqqındakı söhbətlərimizdən ibrətamiz bir parçanı nəzərinizə çatdırırıq. xa0Sizə dahi alimin 50 illik yubuleyindən, 1978-ci ilin dekabrında Şəhriyar adına sarayda baş verənlərdən bəhs edəcəyik...
“Xudu Məmmədlinin 50 yaşıyla bağlı indiki Şəhriyar(keçm.Dzerljinsk) Sarayında ölkənin və didər dışarı diyarların alimlərinin iştirak etdiyi təntənəli yığıncaq keçirilirdi. 15 dəqiqəlik giriş çıxışımdan sonra sözü Böyük Britaniyanın elm və mədəniyyət naziri Raul Skota verdim. Bakan böyük Britaniya Kral Akademiyaısnın həqiqi üzvü Xudu Məmmədlini ingilis hökuməti adından təbrik etdi. Sonra britaniyalı qonaq Xudu Məmmədlinin rəngli şəklinin Kral Akademiyasının dəhlizində Faradeyin, Nyutonun, Rezerfordun portretləriylə bir sırada durduğunu azərtürk xalqımızın nəzərinə çatdırdı. Onun kəşfinin dünya elmindəki yerindən danışdı. xa0Böyük mineroloqumuz xa040-dan artıq ölkənin elmlər akademiyalarının həqiqi üzvü idi. ABŞ, Yaponiya, Fransa, İtaliya, Kanada, Bolqarıstan və digər məmləkətlərdən gəlmiş xa0elm xadimləri xa0alimimizim elmi rəşadətindən söz açdılar. Axı Böyük Əl-biruni, Şopenhauer, Kristli, Lomonosov, Fersman, xa0Qubkin və digər xa0qüdrətli dünya mineroloqlarının xa0öhdəsindən gələ bilmədikləri ağır bir işin altına xa0girərək kristalların xa0iç quruluşlarının kəşfini gerçəkləşdirən soydaşımız azərtürk elmini daha bir şöhrət çələngiylə bəzəmişdi...
Bəs xa0dünya elm dəhlizlərində ona Nobel mükafatının təqdim olunacağı barədə söz-söhbətlər xa0gerçəkləşərkən Azərbaycanın hansı tanınmışları Xudu Məmmədlinin həmin mükafatı almasına əngəllər yaratdı? Bu dahi şəxs SSRİ DTK-nın təqiblərindən qorunmaq üçün hansı yollara əl atdı?xa0
Moderator.az-ı izləyin!
Sultan Laçın


































































































