Abşeronda keçmiş məhkumlardan tapança və avtomatlar GÖTÜRÜLÜB - FOTO/VİDEO 

Abşeronda keçmiş məhkumlardan tapança və avtomatlar GÖTÜRÜLÜB - FOTO/VİDEO 

Hazırda oxunan: Abşeronda keçmiş məhkumlardan tapança və avtomatlar GÖTÜRÜLÜB - FOTO/VİDEO 
161912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə Qobu, Mehdiabad və Saray Polis Bölmələri tərəfindən hüquqpozmalara qarşı növbəti profilaktiki tədbirlər keçirilib.

Tədbirlərlə saxlanılan əvvəllər məhkum olunmuşlar - Qobu qəsəbə sakini 1988-ci il təvəllüdlü Tural Əliağayevdən 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron, 1 ədəd patron darağı, 1984-cü il təvəllüdlü Ramil Kamilovdan 1 ədəd “AK-74” markalı avtomat, 10 ədəd patron, 1 ədəd patron darağı, Məmmədli kənd sakini 1998-ci il təvəllüdlü Mustafa Qəhrəmanovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron,1 ədəd patron darağı, Saray qəsəbə sakini 1985-ci il təvəllüdlü Pərviz Hüseynovdan 1 ədəd “TT” markalı tapança, 2 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirlib ki, digər tədbirlərlə rayonda narkotiklə əlaqəli cinayətlərə görə 16, oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 12, “isti izlərlə” cinayətin açılması üzrə 9 nəfər saxlanılıb.

Tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 41, xırda xuliqanlığa və xırda talamaya görə 49 fakt aşkarlanıb, mülki axtarışda olan 26 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bununla yanaşı, Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 92, spirtli içki qəbul edərək sükan arxasında əyləşən, avtoxuliqanlıq edən və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən ümumilikdə 20, eləcə də dayanma-durma qaydalarını pozan 117 sürücü inzibati məsuliyyətə cəlb edilib. 

 



Abşeronda keçmiş məhkumlardan tapança və avtomatlar GÖTÜRÜLÜB - FOTO/VİDEO  - foto 1

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO