Zərifə Əliyeva küçəsində avtobusların hərəkəti tənzimlənir - FOTO

Zərifə Əliyeva küçəsində avtobusların hərəkəti tənzimlənir - FOTO

Hazırda oxunan: Zərifə Əliyeva küçəsində avtobusların hərəkəti tənzimlənir - FOTO

161774

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları birgə Zərifə Əliyeva küçəsində avtobusların hərəkətini tənzimləyir. 

Bu barədə Bizim.Media-ya AYNA-ya istinadən xəbər verir. 

Məlumata görə, adıçəkilən küçədə dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir və sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar.
Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur. Çoxsaylı müraciətlər nəzərə alınaraq Zərifə Əliyeva küçəsində avtobuslar nəzarətə götürülüb. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO