Zığdan avtovağzaladək avtobus zolağı dəhlizi YARADILACAQ 

Zığdan avtovağzaladək avtobus zolağı dəhlizi YARADILACAQ 

Hazırda oxunan: Zığdan avtovağzaladək avtobus zolağı dəhlizi YARADILACAQ 

161303

“Hazırda Bakı və Abşeron rayonunun küçə və prospektlərində 21 avtobus zolağı mövcuddur”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “report.az”a müsahibəsində bildirib. 

A.Rzayev qeyd edib ki, AYNA yolların buraxılış imkanlarının artırılması üçün Zığdan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi zolaq dəhlizinin yaradılması istiqamətində iş aparır: 

“Sevindirici haldır ki, bu gün paytaxtda hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə olunur. Hazırda Bakı-Sumqayıt şosesində də avtobus zolağı təşkil edilir”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO