Ötən cümə günü, dekabrın 2-si gündüz saat 15-16 radələrindən başlayaraq son vaxtlar abunəçiləri incitməkdə önə çıxmış Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) nəzdində fəlaiyyət göstərən məşhur (!) internet provayderi “Bakinternet”x9din xa0müştərilərə xidmətində daha ciddi problemlər yaşanmaqdadır. Şikayətçilərin sözlərinə görə, həmin gün təxminən 5 saata yaxın internetin verilişi, ümumiyyətlə, dayandırılıb. İşin sonuna yaxın vacib görülməli işləri yekunlaşdırmalı olan hüquqi və fiziki abunəçilər saatlarla qonşularda, küçələrdə internet axtarışıyla məşğul olublar. Axşam saat 8-9 radələrində açılan, amma yenə də fasilərlə işləyən internet gecə saatlarında yenidən xa0kəsilib və bir sıra abunçilərdə şənbə günü günorta saatlarınadək işləməyib. Həmin gün axşamadək internet yenə də bəzən 5-10 dəqiqə, bəzən də daha uzun fasilərlə verilib. Bazar günü səhər, gündüz, gecə və xa0ertəsi gün səhər tezdən də oxşar problemlər yaşanıb. Bazar ertəsi xa0saat 11 radələrindən “Bakinternet”x9din verilişi nisbətən normallaşıb. Ancaq kəsilmə halları ən azı, 1 saatdan xa0bir baş verir.
Moderator.az-ın bir neçə əməkdaşı da “Bakinternet”x9din yaratdığı problemlərlə üzləşib. Yasamal rayonunda xa0yataqxanada məskunlaşmış Qarabağdan didərgin əməkdaşlarımızdan birinin başına gələnləri nəzərinizə çatdırırıq:
”x9d4 ildən çoxdur ki, Yasamal xa0Rayon Telefon Qovşağı vasitəsilə “Bakinternet”x9din 20 manatlıq xa0abunəçisiyəm. Elə bir ay olmayıb ki, abunə haqqını gecikdirim. Əksər hallarda ayın 10-dək ödəmişəm. Onsuz da qanunla abunəçi bir ay müddətində istədiyi vaxt abunə haqqını ödəyə bilər. Amma bu ilin sentyabrından Rabitə Nazirliyi təzə qərar yox, sözün əsl mənasında hoqqa çıxarıb: hər ayın 5-6-dək (bəzi poçtlar hətta 4-dək tələb edirlər) abunə haqqı ödənməlidir. Bu, tamamilə qanunsuzluq, vətəndaşların haqqını tapdamaqdır. xa0Yasamal xa0RTQ-da da belədir. Abunə haqqını zorla tələb edirlər. Amma müştəri keyfiyyətli xidmət tələb edəndə yüz bəhanə gətirir, çox vaxt da abunəçinin özünü günahkar çıxarırlar. İnternetə xa0qonşunun telefonu vasitəsilə qoşulmuşam. Həmin telefon və internet xəttində əvvəllər də problemlər olurdu. Gecələr, ümumiyyətlə, çox ağır işləyir. Axşam saatlarında insan istirahət etmək, bir xa0maraqlı filmə baxmaq, yaxud dost-tanışla “skayp”x9dla danışmaq istəyir. Di gəl ki, internet tez-tez kəsildiyindən əsəblərimiz gərilir, onsuz da çoxsaylı problemlərdən xa0üzülmüş sağlamlığımıza əlavə xa0zərbə dəyir. xa0
İnternetin vəziyyəti son aylarkı kimi xa0heç vaxt olmayıb. Bilavasitə telefon xəttində də xeyli vaxtdır problem yaranıb. xa0Bəzən danışıqlar iki mərtəbə aşağıdakı qonşuyla üst-üstə düşür. Dəfələrlə xa0Yasamal RTQ-na zəng etməyimizə baxmayaraq problemi aradan qaldırmırlar. Ötən ayın sonunda internetdə yenə ciddi problem yaranmışdı: Gündüzlər 5-10 dəqiqədən bir, axşamlar isə ümumiyyətlə, kəsilirdi. xa0Dəfələrlə zəng edəndən sonra nisbətən düzəldi. Amma dekabrın 2-si saat 16.00 radələrindən başlanan problem bu günədək davam edir. Elə həmin gün abunə haqqını da ödəmişdim. Zəng etdik, dedilər ümumi şəbəkədə problem var. Moderator.az-a və axşam çapa gedəcək başqa bir qəzetə saat 17-18-dək material yollamalı idim. Ancaq xa0iki saatdan çox gözləsəm də, internet açılmadı. Bir neçə qonşuya müraciət etdim. Məlum oldu ki, onlarda da “Bakinternet”x9d kəsilib. Sonda məcbur olub küçələrə düşüb əsəbi halda, üstəlik, küləkli havada internet-klub axtarmağa başladım. Nəhayət, cibimdən pul ödəməklə yazılarımı lazımi ünvanlara göndərə bildim...xa0
Bunlardan əlavə, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyi məcburi köçkün abunəçilər üçün daha bir problemi xa0Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi ilə birgə yaradıb. Məcburi köçkünlərin telefona abunə haqlarına güzəştlərin dövlət başçısı tərəfindən ləğv olunmamasına rəğmən “Qaçqınkom”x9d 2016-cı il avqustun 1-dən xa0özbaşına, heç bir qanuni əsas olmadan Rabitə Naziriyinə köçkünlərin abunə haqları üçün nəzərdə tutulmuş məbləği ödəməyib. xa0Beləliklə, Rabitə Nazirliyi də abunə haqlarını köçkünlərin özündən almağa qərar verərək onların telefonlarını kəsməyə xa0başlayıb. Və haqlarını “Qaçkınkom”x9ddan tələb etməyi məsləhət görüb. İndi xa0rayon telefon qovşaqlarından internetdəki problemlərə görə zəng edəndə də xatırladırlar ki, sizin borcunuz var. Bəzi köçkünlər də elə bilir ki, güzəştləri dövlət özü ləğv edib, telefon bağlananda məcbur olub borcu ödəyirlər... xa0
Oxşar problemlərlə təkcə mən yox, yüzlərlə yerli və köçkün telefon və xa0“Bakinternet”x9d abunəçisi üzləşib. Onların arasında neçə-neçə jurnalist həmkarımız da var. Görəsən, xa0yüzlərlə, bəlkə də minlərlə vətəndaşa vurulan belə psixoloji, mənəvi və maddi zərbələrə görə Rabitə Nazirliyi, “Bakinternet”x9d, o cümlədən Yasamal xa0RTQ nə zaman və necə cavab verəcək? Şayiə gəzir ki, abunə qiymətlərini bahalaşdırmaq üçün abunəçiləri belə əziyyətə salırlar. xa0Bu və ya digər suallarla bağlı adı çəkilən qurumlardan heç biri bu günədək rəsmi açıqlama verməyib. xa0Odur ki, bir neçə gün də belə davam edəcəyi halda “Bakinternet”x9ddən üz döndərib başqa, nisbətən keyfiyyətli xidmət göstərən provayderlə müqavilə bağlamağa məcburuq...”x9d
Xatırladaq ki, ötən ayda müxtəlif saytlar abunəçilərin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Bakinternet”x9ddən xa0şikayətlərini təqdim etmişdi. Məlumat üçün onlardan birini nəzərinizə çatdırırıq:xa0
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Bakinternet”x9d rəhbərliyi prezidentə qarşı sabotajla məşğuldur. Yeni nazir Ramin Quluzadə və “Bakinternet”x9d rəhbəri dövlət başçısı İlham Əliyevin daxili siyasi kursuna zidd getməkdədir.xa0
Vətəndaşlar xa0bəlkə də hələ yuxudan oyanmamış (səhər saat 08:30-da, iş saatı başlamamış) “Bakinternet”x9din operatoru insanların yuxusuna haram qatır. Bu, bütün əxlaq normalarını aşmaqdır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbəri Əli Abbasov olduğu dönəmdə “Bakinternet”x9d abunəçilərə qarşı bu qədər açıq özbaşınalığa yol vermirdi.xa0
Yeni nazir Ramin Quluzadənin gəlişi bütünlüklə idarəçilik sistemini və prinsiplərini dəyişib. Ölkənin heç bir kommunikasiya qurumu, elektrik və ya qaz idarələri abunəçiləri səhər tezdən yuxudan oyadıb borcunu yada salmır.xa0
Amma “Bakinternet”x9ddə əndazəni aşmaq son həddədir. Üstəlik, nazirlik və “Bakinternet”x9drəhbərliyi Prezidentə qarşı sabotajla məşğuldur. Ölkədə qaz və işıq bahalaşması, hər şeyin qiymətinin artması insanların vəziyyətini ağırlaşdırıb. Əhali kommunal ödənişlər etməkdə çətinlik çəkir, işsizlik artır.xa0
Belə vaxtda isə “Bakinternet”x9d rəhbəri dövlət başçısı İlham Əliyevin daxili siyasi kursuna zidd getməkdədir. Ayın 6-dək internet xidməti borcu ödənməyən müştərinin interneti kəsilir. Dünyanın heç bir ölkəsində və Azərbaycanda belə bir misli görünməmiş özbaşınalıq olmayıb.xa0
Vətəndaşlar qaz, su, işıq və digər kommunal borcları ay ərzində istədiyi gün ödəniş edə bilir. Əgər vətəndaş gecikdirirsə, o halda kommunikasiya kəsilə bilər. Ramin Quluzadə və “Bakinternet”x9d rəhbəri isə heç bir əsası olmadan vətəndaşlara ayın 6-dək möhlət qoyur.xa0
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müşaviri Ramil Muxtarzadə bəzi abunəçilərin üzləşdiyi problemin səbəblərinə aydınlıq gətirib. O bildirib ki, internetin verilişində yaranan problem BTRİB-in öncədən ödəmə sisteminə keçməsi ilə bağlıdır...”x9d
Bəla burasındadır ki, telefonun da, internetin də borcunu Ramin Quluzadə həzrətlərinin göstərişinə uyğun olaraq ödəmiş olan “Bakinternet”x9d abunəçilərinin də xa0internetində kəsilmə halları bu dəqiqələrdə də davam edir. Bəs bu, hansı göstərişə əsasəndir, cənab nazir?xa0
Xatırladaq ki, BTRİB tabeliyində fəaliyyət göstərən internet provayder “Bakinternet”x9d şirkətinin xa0keçmiş rəhbəri Seymur Yusifov bu ilin martında vəzifəsindən azad olunub. S.Yusifovun işdən xa0məhz provayderin müştərilərindən daxil olan şikayətlər səbəbindən çıxarılıb. xa0Müştərilərə çox “uğurla”x9d xidmət edən yeni “Bakinternet”x9d rəhbərinin isə adını, soyadını BTRİB-nin oktyabrın 13-dən bəri yenilənməmiş xəbərlər lentindən, nə də xa0“Bakinternet”x9din özünün oktyabrın 20-dən bu yana təzə xəbər qoyulmamış saytından tapa bildik...
Sultan Laçın xa0





































































































