BİZİM TƏQVİM: 23 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 23 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 23 oktyabrda baş vermiş tarixi hadisələr

160886

2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Dolanar, Bünyadlı Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli, Mirzəhəsənli, Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini Ermənistanın işğalından azad edib.

Bəs, oktyabrın 23-də dünyada daha hadisələr baş verib?

1. Azərbaycan və Gürcüstanda işgüzar səfərdə olmuş italiyalı kommersant Korsi “Koppegena della sera” qəzetinin 1919-cu il 23 oktyabr saylı nömrəsinə verdiyi müsahibədə Azərbaycanın müstəqillik uğrunda əzmlə mübarizə apardığını qeyd edib. Korsi deyirdi: “Hər iki respublikanın müstəqilliyi ən qısa vaxtda Versal Sülh Konfransı tərəfindən tanınmalıdır”.

2. 23 oktyabr 1940-cı ildə Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı işə başlayıb.

3. İkinci Dünya Müharibəsindən sonra qurulmasına qərar verilən Birləşmiş Millətlər Təşkilatı 1946-cı il 23 oktyabrda ilk ümumi yığıncağını Nyu-York şəhərində təşkil edib.

4. 23 oktyabr 1954-cü ildə Almaniyanın NATO üzvlüyünə girməsi üçün Paris Müqaviləsi imzalandı.

5. 1956-cı ilin 23 oktyabrında Macarıstanda SSRİ-nin işğalı və suverenliyinə qarşı üsyan başladı. Bütün ölkəyə yayılan nümayişlərdə Sovet əsgərlərinin ölkədən çıxması tələb olunurdu.

6. 1973-cü il 23 oktyabrda ABŞ prezidenti Riçard Nikson (Richard Nixon) "Watergate" qalmaqalı ilə bağlı “Dəyirmi ofis” (Oval Ofis) səs qeydlərini məhkəməyə təhvil verməyi qəbul etdi.

7. 23 oktyabr 1978-ci ildə Ümummilli lider Heydər Əliyevin qərarı ilə Naxçıvan Muxtar Respublikasında Babək rayonu yaradılıb.

8. 23 oktyabr 1983-cü ildə Livanın paytaxtı Beyrutda Amerika və Fransa Sülh Qüvvələri qərargahlarına partlayıcı olan yük maşını ilə intihar hücumu olundu: 241 Amerika dəniz piyadası, 58 Fransa əsgəri öldü.

9. XX əsrin 60-cı illərində Türkiyədən qaçırılan, miladdan əvvəl 560-546-cı illər Lidiya mədəniyyətinə aid "Qarun xəzinəsi" 28 il sonra – 1993-cü il 23 oktyabrda yenidən ölkəyə gətirildi.

10. 23 oktyabr 2006-cı ildə Lerik rayonuna ilk dəfə təbii qaz verilib. Rayona qazın verilməsi mərasimində Prezident İlham Əliyev iştirak edib.

23 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri Seyid Əbülqasım Nəbati 1812-ci ilin bu günü Təbrizdə anadan olub. Həm klassik Şərq, həm də aşıq şeiri tərzində əsərlər yaradan Nəbatinin qəzəlləri bu gün də aşıqlar və xanəndələr tərəfindən sevilə-sevilə oxunur (1812-1873).

2. Məşhur Amerika fiziki, Nobel mükafatı laureatı, bərk cisim fizikası metodlarının banilərindən olan Feliks Blok 1905-ci ilin bu günü anadan olub. O, kristalların kvant nəzəriyyəsi və aşağı temperaturlu ferromaqnetizmin əsasını qoyub (1905-1986).

3. Futbol dünyasının əfsanəsi Pele (Edison Arantes do Nascimento) 1940-cı ilin 23 oktyabrında Braziliyada dünyaya gəlib.

4. 23 oktyabr 1953-cü ildə tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953 - 30.9.1991) doğulub. Xalq mahnıları, muğam və təsniflərin mahir ifaçısı olub. Avtomobil qəzasında dünyasını dəyişib.

5. 23 oktyabr 1944-ci ildə Xalq artisti, tanınmış aktrisa Lyudmila Duxovnaya anadan olub. 1963-cü ildən S.Vurğun adına Dövlət Rus Dram Teatrında çıxış edir.

6. Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO