Zəngilanın Ağalı kəndində işlə təmin olunan şəxslərin sayı AÇIQLANDI  

Zəngilanın Ağalı kəndində işlə təmin olunan şəxslərin sayı AÇIQLANDI  

Hazırda oxunan: Zəngilanın Ağalı kəndində işlə təmin olunan şəxslərin sayı AÇIQLANDI  
160715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Qayıdışın başlanğıcı olan Zəngilanın Ağalı kəndinə köçürülən sakinlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramları ilə əhatə olunublar. 

Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Zəngilan şəhəri belə olacaq - VİDEO 


Nazirlik tərəfindən onlardan 120 nəfər ərazidəki vakansiyalar, 33 nəfər “İşsizin dostu” proqramı üzrə işlə təmin edilib, 11 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb.

26 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda daha 31 sakinin məşğulluğuna dəstək işləri aparılır. 

İşğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Ağalıda ilk “Smart DOST” xidmət məntəqəsi də açılıb. Ötən dövrdə bu məntəqədə 19 sakinə xidmət göstərilib. 

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsində Zəngilan şəhəri də 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. 

Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 20 oktyabr – Zəngilan şəhəri günü kimi qeyd edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO