Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO 

Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO 

Hazırda oxunan: Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO 
160574
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunun Xırdalan şəhərinin mərkəzində, Heydər Əliyev prospektində gecə saatları olmasına baxmayaraq ərazidəki küçə lampaları işləmir.

Bu vəziyyət uzun müddətdir ki, hökm sürür. Nəticədə isə axşam saatlarında prospekt qaranlığa qərq olur. Gecə işıqlandırmanın olmaması hərəkət iştirakçılarına və ərazidə yaşayan sakinlərə ciddi problemlər yaradır.

Bizim.Media olaraq problemi yerindəcə müşahidə etdik. Xırdalan sakinləri də prospektin işıqlandırılmamasının bir sıra qəzalara səbəb olduğunu bildiriblər.

Yerli sakinlərin verdiyi məlumata əsasən, artıq 3-4 ildir ki, prospektdə oxşar vəziyyət hökm sürür. Bu isə sutkanın qaranlıq saatlarında sakinlərin evlərinə qayıtmasına ciddi maneələr yaradır.

Sakinlərin bildirdiyinə görə, məhz işıqlandırmanın olmaması səbəbindən prospektdə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Bəs, problem nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Xırdalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Malik Məmmədovla əlaqə saxladıq.

Xırdalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Malik Məmmədov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, artıq bu gün səhərdən problemin həlli istiqamətində iş aparılır:

“Hazırda Xırdalanın əsas küçələrində işıqlandırma işləri aparılır. Bütün Xırdalan şəhəri üzrə işıqlandırma işi ilin sonuna kimi yekunlaşacaq. Uzun illərdir ki, Xırdalanda bu problem var idi. Artıq işıqlandırma işinin aparılması ilə bağlı tender elan olunub”.

İcra hakimiyyətinin rəsmisi mövzu ilə bağlı yaxın zamanda ətraflı məlumatın veriləcəyini qeyd edib. Mövzunu diqqətdə saxlayacağıq.

Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO  - foto 1
Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO  - foto 2
Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO  - foto 3


Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO