Şəkidə QƏZA: 66 yaşlı kişi xəsarət alıb

Şəkidə QƏZA: 66 yaşlı kişi xəsarət alıb

Hazırda oxunan: Şəkidə QƏZA: 66 yaşlı kişi xəsarət alıb

160502

Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Orta Zəyzid kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz rayon sakini, 50 yaşlı Asif Həsənov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı çuxura aşıb.  

Bu zaman avtomobildəki sərnişin, 66 yaşlı Hüseyn Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardımın köməyi ilə yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  
Həkimlərin ilkin tibbi müayinə və müalicəsindən sonra yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.  

Qəzanın sürət həddini aşma nəticəsində qeydə alındığı ehtimal edilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, qəzanın təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO