Xankəndidəki abidəyə bayrağımızı asan Araz İmanov İŞDƏN ÇIXARILDI 

Xankəndidəki abidəyə bayrağımızı asan Araz İmanov İŞDƏN ÇIXARILDI 

Hazırda oxunan: Xankəndidəki abidəyə bayrağımızı asan Araz İmanov İŞDƏN ÇIXARILDI 
160042
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özünü buraxdığını elan edən separatçı rejimin simvolu kimi tanınan Xankəndidəki abidənin önünə Azərbaycan bayrağı asması ilə gündəmə gələn Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarılıb. 

Bizim.Media “Bakupost.az”a istinadən xəbər verir ki, bu barədə qərar bir neçə gün əvvəl verilib. 

Onun işdən çıxarılmasının məhz həmin hadisə ilə bağlı olub-olmadığı barədə rəsmi məlumat yoxdur. 
Qeyd edək ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur. 

44 günlük II Qarabağ Müharibəsi dönəmində Araz İmanov sosial şəbəkələrdə ingilis dilindəki paylaşımları ilə aktivlik nümayiş etdirib. 

Antiterror əməliyyatından sonra onun “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb foto paylaşması böyük marağa səbəb olmuşdu. Sonradan mediada A.İmnaovun bu hərəkətinin daşıdığı vəzifəyə uyğun olmadığı barədə yazılar dərc olunmuşdu. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO