Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO 

Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO 
159757
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xırdalanda antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb. 
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən, fiziki şəxs Əhədov Hacıbala Hacıdədə oğluna məxsus şirniyyat istehsalı müəssisəsində agentlik əməkdaşları tərəfindən planlı yoxlama aparılıb. 

Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, çarpaz çirklənmə riskinin yarandığı, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb. 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. 

Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO  - foto 1
Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO  - foto 2
Antisanitar şəraitdə fəaliyyət göstərən şirniyyat istehsalı müəssisəsi AŞKARLANDI - FOTO  - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO