Hava limanında külli miqdarda psixotrop maddə AŞKARLANDI - FOTO 

Hava limanında külli miqdarda psixotrop maddə AŞKARLANDI - FOTO 

Hazırda oxunan: Hava limanında külli miqdarda psixotrop maddə AŞKARLANDI - FOTO 
158985
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Karqo Terminalında beynəlxalq sürətli poçtdaşıma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasından Yeni Zellandiyaya göndərilən poçt bağlamasına keçirilmiş baxış zamanı gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə külli miqdarda, 1000,98 qram metamfetamin psixotrop maddəsi aşkar edilib. 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq psixotrop maddələrini əldə etmə, saxlama) maddələri ilə cinayət işi başlanıb. 

Aparılmış istintaq zamanı qeyd edilən cinayəti törətmiş şəxs müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Hava limanında külli miqdarda psixotrop maddə AŞKARLANDI - FOTO  - foto 1
Hava limanında külli miqdarda psixotrop maddə AŞKARLANDI - FOTO  - foto 2
Hava limanında külli miqdarda psixotrop maddə AŞKARLANDI - FOTO  - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO