Ali Attestasiya Komissiyası: 30 iddiaçıya diplom və attestatlar təqdim edilib

Ali Attestasiya Komissiyası: 30 iddiaçıya diplom və attestatlar təqdim edilib

Hazırda oxunan: Ali Attestasiya Komissiyası: 30 iddiaçıya diplom və attestatlar təqdim edilib

157747

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 11 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 30 iddiaçıya diplom və attestatların, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim edilib.

Bu barədə Bizim.Media-ya AAK-dan məlumat verilib.

Bildirilib ki, tibb elmləri, texnika elmləri, iqtisad elmləri, yer elmləri, tarix, coğrafiya, pedaqogika, sosiologiya və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 22 iddiaçıya fəlsəfə doktoru diplomları, Türkiyə Respublikası Boğaziçi Universitetinin Dəqiq Elmlər İnstitutunda riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya, Sakarya Universitetinin Sosial Elmlər İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya və İstanbul Ticarət Universitetində hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 1 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.

Tarix elm sahəsində “Beynəlxalq münasibətlər tarixi”, “Ümumi tarix” və “Vətən tarixi” ixtisaslarının hər biri üzrə 1, texnika elmləri sahəsində “Maşınlar, avadanlıqlar və proseslər”, “İnformasiya-ölçmə və idarəetmə sistemləri (informasiya texnologiyaları üzrə)” ixtisaslarının hər biri üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO