Ağırlıqqaldırma federasiyasına yeni prezident SEÇİLDİ – FOTO  

Ağırlıqqaldırma federasiyasına yeni prezident SEÇİLDİ – FOTO  

Hazırda oxunan: Ağırlıqqaldırma federasiyasına yeni prezident SEÇİLDİ – FOTO  
157384
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 28-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib.  

Bizim.Media xəbər verir ki, əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.  

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının fəaliyyəti barədə hesabat dinlənilib, rəy və təkliflər səsləndirilib. Federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də səsvermə ilə qəbul edilib. Onlardan biri Azərbaycan Ağır Atletika Federasiyasının adının dəyişdirilməsi olub. Qurumun rəsmi şəkildə Azərbaycan Ağırlıqqaldırma Federasiyası adlandırılması qərarı qəbul edilib. 

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə federasiyanın yeni prezidenti seçilib. Yığıncaqda həmçinin Firdovsi Umudov və Mirsəməd Mövsümzadə federasiyanın vitse-prezidenti vəzifələrinə seçiliblər. 
Tədbirdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yeni seçilən federasiya rəhbərliyinə uğurlar arzulayıb. 

Ağırlıqqaldırma federasiyasına yeni prezident SEÇİLDİ – FOTO   - foto 1
Ağırlıqqaldırma federasiyasına yeni prezident SEÇİLDİ – FOTO   - foto 2
Ağırlıqqaldırma federasiyasına yeni prezident SEÇİLDİ – FOTO   - foto 3
Ağırlıqqaldırma federasiyasına yeni prezident SEÇİLDİ – FOTO   - foto 4

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO