Mişustindən Rusiya valyuta bazarı ilə bağlı QƏRAR - Siyahıda Azərbaycan da var

Mişustindən Rusiya valyuta bazarı ilə bağlı QƏRAR - Siyahıda Azərbaycan da var

Hazırda oxunan: Mişustindən Rusiya valyuta bazarı ilə bağlı QƏRAR - Siyahıda Azərbaycan da var

156772

Xarici kredit təşkilatlarına, dost və neytral ölkələrin brokerlərinə Rusiya valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək.

Bizim.Media xəbər verir ki, belə dövlətlərin siyahısını təsdiq edən sərəncamı Rusiya hökumətinin sədri Mixail Mişustin imzalayıb.

Siyahıya 30-dan çox ölkə - Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əlcəzair, Banqladeş, Bəhreyn, Braziliya, Venesuela, Vyetnam, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Çin, Kuba, Malayziya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə, Cənubi Afrika daxildir.

Qərar 2023-cü ilin iyulunda qəbul edilmiş “Mütəşəkkil ticarət haqqında” Federal Qanunun yeni normalarını həyata keçirmək üçün hazırlanıb.
Bu normalar dost və neytral ölkələrin milli valyutalarının birbaşa konvertasiyası mexanizminin səmərəliliyinin artırılmasına və Rusiya iqtisadiyyatının milli valyutada hesablaşmalara olan tələbatının ödənilməsi üçün rubla birbaşa kotirovkaların formalaşdırılmasına yönəlib.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO