"Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb" - RƏSMİ

Hazırda oxunan: "Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb" - RƏSMİ
155751
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiyədək Ermənistan 3890 nəfər itkindən sadəcə 120 şəxsin meyit qalıqlarını Azərbaycana təhvil verib:

“Hesab edirəm ki, konfransdakı müzakirələr itkin düşmüş şəxslərin meyitlərinin qalıqlarının tapılması ilə əlaqədar işlərə təkan verəcək”.

X.Vəliyev bildirib ki, itkin düşmüş şəxslərin taleyi daim dövlət başçısının diqqət mərkəzində olub:

“Bununla əlaqədar 44 günlük Vətən müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Hərbi Prokurorluğun birgə fəaliyyəti nəticəsində əsir və girovgötürmə, işgəncə kimi hallarla əlaqədar çoxsaylı cinayət işləri açılıb”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO