Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO

Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO

Hazırda oxunan: Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO
155618
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 16-da Qərbi Azərbaycan İcmasında Böyük Qarakilsə rayon icmasının iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov QAİ-nin strukturu və rayon və kənd icmalarının təşkilati strukturu haqda məlumat verib. Rayon və kənd icma sədrlərinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri haqda danışıb.

Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 1
Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 2

 

Daha sonra çıxış üçün söz Qərbi Azərbaycan İcmasının Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərova verilib. O, Böyük Qarakilsə rayon icmasının sədri kimi, Qərbi Azərbaycan İcmasının rəhbərliyinə ona göstərdiyi etimada görə öz təşəkkürünü bildirib, Böyük Qarakilsə rayonunun tarixi və əhalisinin keçdiyi çətin yolla bağlı ətraflı məlumat verib.

Tədbirə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) sədri, Türkiyə Böyük Millət Məclisinin 17-ci dönəm millət vəkili Aziz Kaygısızla birgə qatılan Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbir iştirakçılarını salamlayaraq Qərbi Azərbaycan İcmasının fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası ilə bağlı geniş məlumat verib, sonra tədbir iştirakçılarına qardaş Türkiyədən gəlmiş qonağı - əslən Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən olan Aziz Kaygısızı təqdim edib. İcmada olmaqdan məmnunluğunu ifadə edən qonaq bildirib ki, ata-babaları Böyük Qarakilsə rayonunun Gözəldərə kəndindən 19-cu əsrin sonlarında qırğınlar zamanı İqdır, Qars bölgəsinə köç ediblər.

Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 10


Tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov və Böyük Qarakilsə rayon icmasının nümayəndələri çıxış edərək öz təkliflərini veriblər. İcmanın qarşısında üzərinə düşən işlərin həyata keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Tədbirdə Qərbi Azərbaycana qayıdış ideyasının təməlini qoyan Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusu ilə bağlı nitqini, həmçinin ölkə başçısı cənab Prezident İlham Əliyevin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimində çıxışını əks etdirən videoçarxlar nümayiş etdirilib.

Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 3
Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 4
Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 5
Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 6
Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 7
Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 8
Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTO - foto 9

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO