Əhalinin banklardakı əmanətləri ARTIB 

Əhalinin banklardakı əmanətləri ARTIB 

Hazırda oxunan: Əhalinin banklardakı əmanətləri ARTIB 
155436
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 17,5 faiz artaraq 2023-cü il avqust ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 705,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, əmanətlərin 63,6 faizi milli, 36,4 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 7,3 faiz artıb. 

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya nisbətdə 1,85 (1,84) manata, 100 türk lirəsinə nisbətdə 6,32 (8,06) manata, 100 rus rubluna nisbətdə 1,79 (2,12) manata bərabər olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO