Qubada 360 şagird yerlik yeni məktəb binasının açılışı olub - FOTO 

Qubada 360 şagird yerlik yeni məktəb binasının açılışı olub - FOTO 

Hazırda oxunan: Qubada 360 şagird yerlik yeni məktəb binasının açılışı olub - FOTO 

155383

Bilik günündə Qubanın Digah kəndində Fərhad Həmzəyev adına tam orta məktəbin 360 şagird yerlik yeni binasının açılışı olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, açılışda rayon icra hakimiyyətinin rəhbərliyi, Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqin Bağırov, Quba icra hakimiyyətinin və Quba-Xaçmaz regional elm və təhsil idarəsinin məsul şəxsləri, sakinlər, kənd ziyalıları, valideynlər, şəhid ailələri, şagird və müəllimlər iştirak ediblər.

Rəsmilərin çıxışlarında yeni məktəbin istifadəyə verilməsi və yeni dərs ilinin başlaması münasibətilə kollektivə uğurlar arzulanıb.

Mərasimdə iştirak edən məktəbin məzunu, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov və şəhid anası Həqiqət Həmzəyeva, eləcə də kənd ziyalıları çıxışlarında yeni binanın inşasında əməyi olan hər kəsə minnətdarlıqlarını çatdırıblar.
Qeyd edək ki, Digah kəndindəki 360 yerlik yeni məktəb binası üç mərtəbədən ibarət olmaqla, akt, idman zalları, 16 sinif otağı, stadion, bufet və digər otaqlardan ibarətdir.



















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO