Ağdam-Xankəndi yolu açıldı: Rusiyanın yük avtomobili keçdi - FOTO/VİDEO

Ağdam-Xankəndi yolu açıldı: Rusiyanın yük avtomobili keçdi - FOTO/VİDEO

Hazırda oxunan: Ağdam-Xankəndi yolu açıldı: Rusiyanın yük avtomobili keçdi - FOTO/VİDEO

154739

Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük bu dəqiqələrdə Ağdamdan Xankəndiyə yola düşüb.

Bizim.Media xəbər verir ki, ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib. Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndinə keçmək üçün 2 gün idi ki, Bərdədə gözləyirdi.
 






















Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO