Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO

Hazırda oxunan: Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO
154548
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanın Marneuli şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Soydaş” Gürcüstan – 2023 adlı Forum keçirilib.

Bizim.Media xəbər verir ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə keçirilən tədbir zamanı soydaşlarımız, dövlət rəsmiləri, diplomatlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 11

Tədbirdə Azərbaycanın Gürcüstandakı Səfirliyimizin müşaviri Eldar Bayramov, Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı, qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər və digərləri çıxış ediblər.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 12

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin və Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Forumun mahiyyətindən danışıb.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 13

Təşkilat sədri vurğulayıb ki, Forumun əsas məqsədi Gürcüstanda yaşayan və fəaliyyət göstərən QHT və gənclər təşkilatlarının rəhbərlərini, media nümayəndələrini, eləcə də 100-dən çox qonağı bir araya gətirməkdir.

T.Allahverdili Forumun keçirilməsində dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Gürcüstandakı Səfirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinə və Gürcüstandakı Azərbaycan İcmasına təşəkkür edib.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 14

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfirliyimizin müşaviri Eldar Bayramov deyib ki, bu kimi tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. O, Forumun yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib. Səfirlik əməkdaşı qeyd edib ki, xaricdə keçirilən bu cür tədbirlər ölkələrarası əlaqələri daha da möhkəmləndirir və münasibətləri inkişaf etdirir.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 15

Qardaş Türkiyənin Gürcüstandakı səfirinin müavini Kazım Kartal çıxışı zamanı söyləyib ki, Türkiyə və Azərbaycan əlaqələri gündən-günə daha da inkişaf edir. O bildirib ki, hansı ölkədə yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycan və Türkiyə diplomatları milli maraqları naminə birlikdədirlər.

Gürcüstan parlamentinin deputatı Zaur Dalğalı qeyd edib ki, Azərbaycan vətəndaş cəmiyyətinin bu kimi tədbirlər keçirməsi Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafına misilsiz töhfələr verir.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 16

O xatırladıb ki, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyi indiyə qədər Gürcüstanda bir sıra tədbirlər keçirib. Bu tədbirlərin hər biri dostluğa, qardaşlığa və xalqlararası əlaqələrin möhkəmlənməsinə xidmət edib.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Azərbaycan-Gürcüstan arasında media əlaqələrinin inkişafından, bunun formalaşmasında soydaşlarımızın rolundan danışıb.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 17

Daha sonra A.Ələsgər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın qonaqlara təbrik müraciətini oxuyub.

Tədbir panel müzakirələri ilə davam etdirilib. Panel müzakirələrində  “Azərbaycanla Gürcüstan arasında müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrində soydaşlarımızın rolu” adlı birinci panel Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə icraçı direktoru Murad Muradovun moderatorluğu ilə keçirilib.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 18

Paneldə Gürcüstan Parlamentinin sabiq deputatları Mahir Dərziyev, Hidayət Hüseynli və Ramiz Bəkirli, eləcə də professor Mahmud Kamaloğlu çıxış ediblər.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 19

Media və kommunikasiya mütəxəssisi, doktorant Rəşid Mustafazadənin moderatorluğu ilə keçirilən “Media savadlılığı və Gənclər” adlı ikinci paneldə isə Aktual.ge-nin direktoru İlkin Hüseynov, 24news.ge-nin direktoru Azər Məmmədov, İnterprees.ge-nin direktoru Nahid Qurbanov və RealNews.ge -nin direktoru Almaz Nadiroğlu çıxış edib.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 20

Sonda isə “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi təsus etdiyi Soydaş Milli Mükafatının təqdimat mərasimi olub.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 21

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Soydaş” Gürcüstan – 2023” Forumuna və Azərbaycanla Gürcüstan arasında yüksək əlaqələrin inkişafına veridikləri töhfələrə görə təltif olunma mərasimi keçirilib.

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 22

Qeyd edək ki, Forum “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycanın Gürcüstandakı Səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi tərəfdaşlığı ilə Gürcüstan-Azərbaycan Evində keçirilib.

Bizim.Media

Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 1
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 2
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 3
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 4
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 5
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 6
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 7
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 8
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 9
Gürcüstanda “SOYDAŞ” Forumu keçirilib – FOTO - foto 10

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO