Rusiya TIR-nın Xankəndinə keçidi gecikir - Bərdə rayonunda gözləyir - FOTO-VİDEO

Rusiya TIR-nın Xankəndinə keçidi gecikir - Bərdə rayonunda gözləyir - FOTO-VİDEO

Hazırda oxunan: Rusiya TIR-nın Xankəndinə keçidi gecikir - Bərdə rayonunda gözləyir - FOTO-VİDEO

154486

Rusiyanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndinə keçidi gecikir.

Bizim.Media xəbər verir ki, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını hələ ki, Bərdə rayonunda dayanıb.

TIR-ın hərəkətinin ləngiməsinə səbəb kimi bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri konstruktiv mövqeyi, həmçinin etibarlı mənbələrdən aldığımız məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyinə təzyiqinin nəticəsidir.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO