İnam Kərimovun tapşırıqları məhkəmə hakimlərinin diqqətinə çatdırılıb - FOTO 

İnam Kərimovun tapşırıqları məhkəmə hakimlərinin diqqətinə çatdırılıb - FOTO 

Hazırda oxunan: İnam Kərimovun tapşırıqları məhkəmə hakimlərinin diqqətinə çatdırılıb - FOTO 
154172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 6-da Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə onlayn konfrans keçirib. 

Bizim.Media xəbər verir ki, 4 avqust 2023-cü il tarixdə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov tərəfindən “Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi” mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərində yerləşən ixtisaslaşmış məhkəmələr və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib. 

Həmin görüşün nəticəsi olaraq bu gün keçirilən onlayn konfransda Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun qaldırdığı məsələlərə, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, kollektivdə işlərin təşkili və məhkəmə sədrlərinin vətəndaşlarla işi düzgün qurması məsələlərinə toxunub. 
Sədr məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyini, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb.

Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib. 

Daha sonra tədbirdə 2023-cü ilin birinci yarımilliyində məhkəmənin icraatına daxil olmuş işlərin sayı, həmçinin onlara baxılmasının nəticələri barədə statistik göstəricilərin qısa təhlili aparılıb, bununla yanaşı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 

İnam Kərimovun tapşırıqları məhkəmə hakimlərinin diqqətinə çatdırılıb - FOTO  - foto 1
İnam Kərimovun tapşırıqları məhkəmə hakimlərinin diqqətinə çatdırılıb - FOTO  - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO