I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşaya getdi - FOTO

I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşaya getdi - FOTO

Hazırda oxunan: I Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri Şuşaya getdi - FOTO

153742

I Qarabağ müharibəsi zamanı itkin düşən soydaşlarımızın ailə üzvlərinin Şuşaya səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, səfərin əsas məqsədi Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımıza aid olduğu hesab edilən kütləvi məzarlığı ziyarət etməkdir.

Səfərdə itkin düşmüş hesab edilən soydaşlarımızın 46 nəfərlik ailə üzvü iştirak edir.

Xatırladaq ki, cari ilin iyun ayında Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanmışdı. Bu yaxınlarda Şuşa həbsxanası ətrafında aparılan qazıntı işləri zamanı daha 17 şəxsə aid ehtimal edilən insan skeleti qalıqları aşkarlanıb.
Bu vaxtadək işğaldan azad edilən Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, eləcə də Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO