Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanır - FOTO

Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanır - FOTO

Hazırda oxunan: Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanır - FOTO
153424
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncədə xeyli müddətdir vətəndaşları narahat edən problemlərdən birinin köklü həllinə başlanılıb. 

Bizim.Media-nın da mütəmadi olaraq işıqlandırdığı və əsasən Azərbaycanın ikinci böyük şəhərinin simasına mənfi təsir göstərən, sürücülərin və piyadaların da gündəlik əziyyət çəkdiyi yollarda bərbad vəziyyətdə olan asfalt örtüyünün yenilənməsinə start verilib.

Ümumilikdə 100-dən çox küçə və prospektin asfaltlanması nəzərdə tutulub. 

Hazırda şəhərin mərkəzi prospektlərindən olan Nizami prospektində, Ş.Bədəlbəyli, F.Bayramov və onlara paralel küçələrdə növbəti asfaltlanma tədbirləri həyata keçirilir. 

Görülən tədbirlər çərçivəsində avtomobil yolları ilə yanaşı səkilər də asfaltlanır. Bu günədək Bayraq Meydanının ətrafı, Həsən Əliyev, İsmət Qayıbov, Zərdabi və Nəsib bəy Yusifbəyli küçələrində, Heydər Əliyev prospektinin bir hissəsində asfaltlama işləri yekunlaşıb. 
Yol infrastrukturunun yenilənməsi işləri başa çatan ərazilərdə sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə abadlıq-quruculuq işləri də görüləcək.

Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanır - FOTO - foto 1
Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanır - FOTO - foto 2
Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanır - FOTO - foto 3
Gəncədə 100-dən çox küçə və prospekt asfaltlanır - FOTO - foto 4

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO