DİM bu abituriyentlərə MÜRACİƏT ETDİ  

DİM bu abituriyentlərə MÜRACİƏT ETDİ  

Hazırda oxunan: DİM bu abituriyentlərə MÜRACİƏT ETDİ  
153169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 1-4 sentyabr tarixlərində saat 9:30-dan 17:30-a dək Azərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi və buraxılış və qəbul imtahanlarının nəticələrinə dair arayış yer alır. 

İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər. 

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır. 
Qeyd edək ki, müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə balı minimum 50 olan abituriyentlər iştirak edə bilərlər. Yalnız müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində Azərbaycan İlahiyyat İnstitutunun İslamşü¬nas-lıq ixtisasını qeyd edə biləcəklər. 

III ixtisas qrupunun İslamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır. 

Bu ilin avqust ayında keçirilmiş müsahiblərdə iştirak edib qeyri-məqbul alan abituriyentlər təkrar müsahibəyə buraxılmır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO