Bu günə kimi nə qədər ərazi minalardan təmizlənib? — ANAMA AÇIQLADI 

Bu günə kimi nə qədər ərazi minalardan təmizlənib? — ANAMA AÇIQLADI 

Hazırda oxunan: Bu günə kimi nə qədər ərazi minalardan təmizlənib? — ANAMA AÇIQLADI 
15266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunan ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi barədə məlumat yayıb.

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, təmizləmə əməliyyatları Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Tərtər rayonları və Şuşa şəhəri ərazisində aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

ANAMA-ya yeni TƏYİNAT


Bərdə-Ağdam, Füzuli (Horadiz) - Zəngilan (Ağbənd) dəmiryolu xətləri, Füzuli-Şuşa, Suqovuşan-Talış-Tapqaraqoyunlu istiqamətində avtomobil yollarının keçəcəyi ərazilər, Füzuli-Şuşa, Ağdam və Tərtər rayonunun Suqovuşan kəndinə çəkiləcək yüksək gərginlikli elektrik xəttinin keçəcəyi ərazinin, Ağdam, Qubadlı və Zəngilan rayonları ərazisində əkin sahələrinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları davam edir.

Mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları əllə minaaxtarma, mexaniki minatəmizləmə maşınlarının və minaaxtaran itlərin dəstəyi ilə həyata keçirilir.

2020-ci il 27 sentyabr tarixindən etibarən aparılmış minatəmizləmə əməliyyatları zamanı 16 586 032 kv.m (1,586 ha) ərazi yoxlanılıb, 9 584 ədəd piyada və tank əleyhinə minalar, 7 081 ədəd partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib.

Agentlik bir daha bildirib ki, işğaldan azad edilmiş ərazilər minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdir və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qadağandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO