Gənc yazarlar nə oxuyur?  - SORÄžU

Gənc yazarlar nə oxuyur? - SORÄžU

Hazırda oxunan: Gənc yazarlar nə oxuyur? - SORÄžU

152604
Moderator.az gənc yazıçı və şairlərə “Nə oxuyursunuz?”x9d sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Mübariz Örən: “İndilərdə Nasir Mənzurinin “Qaraçuxa”x9d əsərini oxuyub bitirdim. Çox maraqlı təhkiyəsi, üslubu olan yazıçıdır. Sonra da sağlıq olsun J.Saramaqonun “İsanın incili”x9d romanı gəlir. Necə deyərlər, kitab çox, macal az”x9d.

Fərid Hüseyn: “Latın Amerikası şairlərinin şeir antologiyasını oxuyuram”x9d.

Hədiyyə Şəfaqət: “İndi eyni vaxtda bir neçə kitab oxuyuram. Çox zaman da belə olur. Hazırda “Heyvanlardan tanrılara Sapiens”x9d, Borxesin “Hər şey və heçnə”x9dsini oxuyuram. Herman Hessenin “Çarxlar arasında”x9d, Volterin “Kandid”x9d və Həmid Piriyevin “Şanapipik haqqında mahnı”x9d kitabını isə yenicə oxuyub bitirmişəm”x9d.

Mənsurə Qaçayqızı: “Hazırda Klarisa Pinkola Estesin “Canavarlarla qaçan”x9d adlı kitabını oxuyuram. Psixologiyaya aiddi”x9d.

Emin Piri: “Hazırda Şərif Ağayarın yaradıcılığından “Gülümsə”x9d hekayəsini oxuyuram”x9d.

Vasif Əlihüseyn: “Çox yorğun iş rejimim var. Amma bütün bunlara baxmayaraq mütaliəmdən də qalmıram. Bir gün ən azından beş ”“ altı səhifə kitab oxumasam elə bilirəm ki, heç nə yeməmişəm. Bu günlərdə Ktun Hamsunun “Aclıq”x9d romanının bitirdim. Əsərdə yazılarından aldığı qonarrarla dolanan adamın həyatından bəhs edilir. Çox maraqlı gəldi mənə. İndi isə İohan Volqfanq Hötenin “Gənc Verterin iztirabları”x9d romanını oxuyuram.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO