Masallıda irigövdəli ağac aşıb, yol bağlanıb - FOTO 

Masallıda irigövdəli ağac aşıb, yol bağlanıb - FOTO 

Hazırda oxunan: Masallıda irigövdəli ağac aşıb, yol bağlanıb - FOTO 

151815

Masallıda 150 ailənin istifadə etdiyi yol bağlanıb. Ərazidə polis xidmət aparır. 

Bizim.Media apa-ya istinadən xəbər verir ki, axşam saatlarında Masallı rayonunun Mollaoba kəndi, Nəriman Nərimanov küçəsində irigövdəli ağac aşaraq kənd sakini Səidə Məmmədtağı qızı Məmmədovaya məxsus evinin damının üstünə düşüb. 

Hadisə nəticəsində evin damına, həyətdəki yarımtikiliyə, hasara, eləcə də ərazidən keçən kommunikasiya xətlərinə, elektrik dirəklərinə ciddi ziyan dəyib, 150 ailənin istifadə etdiyi yol bağlanıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hazırda ərazidə polis əməkdaşları xidmət aparır. Yolda qəza baş verməməsi və nəqliyyatın alternativ yola yönləndirilməsi istiqamətində işlər görülür. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO