Qızmar istilərdə susuz qalan Məhəmmədli kəndinin sakinləri - VİDEO 

Qızmar istilərdə susuz qalan Məhəmmədli kəndinin sakinləri - VİDEO 

Hazırda oxunan: Qızmar istilərdə susuz qalan Məhəmmədli kəndinin sakinləri - VİDEO 

151543

“Əziyyət çəkirik. Camaat gedib pul qazanır, mən isə burada su problemi ilə məşğul oluram”. 

Bizim.Media xəbər verir ki, bunu Abşeron rayonunun Məhəmmədli kəndinin susuzluqdan əziyyət çəkən sakini deyib. 

Digər sakin isə bildirib ki, suları bir həftə gəlməyib, sonra isə suyun verilişi cüzi həcmdə olub. 

“Azərsu” ASC-nin Bağlar Sukanal İdarəsinin rəis müavini Rəşadət Rəhimov problem barədə açıqlama verərkən vurğulayıb ki, magistral xətlə bağlı problem olub: 

“Buna görə də su fasilələrlə verilirdi, gecikmə var idi. Problem iki gündür həllini tapıb. Yəqin bu gün tam qaydasına düşəcək, su veriləcək”. 

Daha ətraflı videomaterialda: 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO