Bakıda dələduzluqda təqsirləndirilən “falçı”nın məhkəməsi keçirildi - FOTO 

Bakıda dələduzluqda təqsirləndirilən “falçı”nın məhkəməsi keçirildi - FOTO 

Hazırda oxunan: Bakıda dələduzluqda təqsirləndirilən “falçı”nın məhkəməsi keçirildi - FOTO 
150199
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda falçı adı ilə dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. 

Bizim.Media report-a istinadən xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin vəkillərindən biri məhkəməyə gəlməyib. 

Proses qeyri-müəyyən müddətə təxirə salınıb. 

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhər sakini G.Qasımova zərərçəkmişlərin ailə üzvlərinin birinə falçı olduğunu bildirib və qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcəyini deyib. 

O, aldatma yolu ilə zərərçəkmişlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 

G.Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.

Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınırlar. 

Bakıda dələduzluqda təqsirləndirilən “falçı”nın məhkəməsi keçirildi - FOTO  - foto 1
Bakıda dələduzluqda təqsirləndirilən “falçı”nın məhkəməsi keçirildi - FOTO  - foto 2
Bakıda dələduzluqda təqsirləndirilən “falçı”nın məhkəməsi keçirildi - FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO