Bu gündən şagird yerdəyişməsinə start verilir

Bu gündən şagird yerdəyişməsinə start verilir

Hazırda oxunan: Bu gündən şagird yerdəyişməsinə start verilir
149764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.

Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Yerdəyişmə 2-9 və 11-ci siniflər üçün avqustun 7-si saat 15:00, 10-cu siniflər üçün isə avqustun 14-ü saat 15:00-dan aktivləşdiriləcək.

Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin 2-9-cu siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Qeydiyyat avqustun 7-si saat 15:00-dan avqustun 14-ü saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 17-si, 5-9-cu siniflər üzrə isə avqustun 18-i tarixində keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

- Heydər Əliyev adına lisey

- T.İsmayılov adına 6 nömrəli məktəb-lisey

- 132-134 nömrəli təhsil kompleksi

- T.Həsənov adına 23 nömrəli tam orta məktəb

- İlyas Əfəndiyev adına Elitar gimnaziya

- İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi

- Zəngi liseyi

- Bakı Avropa Liseyi

- “Ankara məktəbi” məktəb-lisey

- Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

- Bülbül adına orta ixtisas musiqi məktəbi

- Humanitar fənlər təmayüllü məktəb-lisey.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO