20 günün gəlini özünü niyə ÖLDÜRDÜ? – ÖZƏL

20 günün gəlini özünü niyə ÖLDÜRDÜ? – ÖZƏL

Hazırda oxunan: 20 günün gəlini özünü niyə ÖLDÜRDÜ? – ÖZƏL

149594

Xəbər verdiyimiz kimi, Qazaxda 22 yaşlı qadın özünü asaraq intihar edib.

Məlumata görə  Aşağı Salahlı kənd sakini Aytən Mehdiyeva 20 gün əvvəl iyulun 16-da ailə həyatı qurub.

Yeni ailə qurmuş qadının özünə qəsd etməsi təəccüb doğurur.

Ağağı Salahlı kənd bələdiyyəsinin sədri Alı Budaqov Bizim.Media-ya açıqlamasında olayın təfərrüatlarını danışıb. O, deyib ki, bütün kənd hadisədən şok keçirib.

Yeni ailə quran və gəlin köçdüyü evdə problem yaşamayan gənc xanımın hansı səbəbdən intihar etməsi onlarda da sual yaradıb:

“İntiharın səbəbindən tam məlumatsızam. O xanım Aşağı Salahlıya Xanlıqlar kəndindən gəlin köçüb. Yoldaşı Qazax rayonunda Gil zavodunda mühafizəçi işləyir və hadisə baş verən gün gecə növbəsində olub. Evdə isə qayınanası ilə özü olub. Gəlinin köçdüyü ailəni çox yaxından tanıyıram. Çox sakit, mədəni və problemsiz ailədirlər. Böyük qaynı mənlə eyni sinifdə oxuyub. Mən onlarda, onlar da bizdə böyüyüb. Yəni bir ailə olmuşuq. Qız tərəfini isə tanımıram və niyə belə addım atdığı heç kəsə məlum deyil. Çox təccüblüdür”.

Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Ayət Çobanovun sözlərinə görə kənddə yayılan xəbərlərə görə intihar edən xanım bibisi oğlunu sevirmiş:

“Dünyasını dəyişən xanım Xanlıqlar kəndinin yuxarı hissəsində qaçqınlar şəhərciyində yaşayırdı. Bizim yox, Aşağı Əskipara kənd sakinidir. Kənddə eşitdiyimizə görə yeni ailə qurmuş xanım ərə getdiyi şəxsdə qalmaq istəməyib, anasına deyib ki, ondan diksinirəm. Ana isə deyib ki, döz, heç olmaya 3-4 ay keçsin.  Qız öz bibisi oğlu ilə bir-birlərini sevirdilər. Bibisi ilə dalaşdılar deyə, qadın onu öz oğluna almadı. Qız isə qarşısına çıxan oğlana razılıq verdi. Dillərdə deyilən şeylər budur. Yenə də ən düzü araşdırmalardan sonra bəlli olar”.

Faktla bağlı prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub, iş üçün əhəmiyyət kəsb edən dəlillər toplanıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO