Subasmadan sonra Bərdədə son VƏZİYYƏT – FOTO  

Subasmadan sonra Bərdədə son VƏZİYYƏT – FOTO  

Hazırda oxunan: Subasmadan sonra Bərdədə son VƏZİYYƏT – FOTO  

149303

Yuxarı Qarabağ kanalının Bərdə rayon Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində yarılmış bənd bərpa edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda texnikalar vasitəsilə bərkitmə işləri davam etdirilir. 

Bundan başqa yerli Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyan hesablanır.

Onu da qeyd edək ki, əldə edilən ən son məlumata görə, kəndi subasması nəticəsində 35 fərdi yaşayış evinin zirzəmisini və 10 hektar həyətyanı torpaq sahəsini, 60 hektar pambıq, 10 hektar lobya sahəsini, həmçinin kənd qəbiristanlığında yerləşən 50 qəbiri su basıb, 2 min ədəd ot dərzi, 15 ton taxıl, biri "Mercedes" olmaqla iki minik avtomobili suyun altında qalıb. Ərazidə aidiyyəti üzrə bir neçə qurumun canlı qüvvəsi və texnikaları fasiləsiz iş aparır. 










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO