Tağıyev və Nağıyevin Osmanlıya yardımı üzə çıxdı - SƏNƏD

Tağıyev və Nağıyevin Osmanlıya yardımı üzə çıxdı - SƏNƏD

Hazırda oxunan: Tağıyev və Nağıyevin Osmanlıya yardımı üzə çıxdı - SƏNƏD
148636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

25 fevral 1914-cü ilə aid bu sənəd (surəti yazının sonunda təqdim edilir - red.) Bakı müsəlmanlarının, ələlxüsus Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyevin Ədirnə şəhərində kimsəsiz uşaqlar üçün inşa edilən müəssisəyə beş min rubl ianə etməsindən, eyni zamanda Mir Məhəmməd Badkubeyinin Quranın tərcüməsi və təfsiri ilə bağlı yazdığı "Kəşf-ül-həqaiq" kitabının Sultan Səlim məscidinə hədiyyə edilməsindən bəhs edir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı və sənədin surətini AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Elnur Mustafayev paylaşıb.

Alim sənədin bəzi parçalarını transliterasiya edərək yayıb:

"Bakü əhli-islamiyyəsindən iki zat tərəfindən vüqu` bulan təbərrüa`t haqqında

Dövlətü əfəndim həzrətləri,

Bakü əhaliyi-islamiyyəsi həmiyyəti-məndan və əğniyayi-məşhurəsindən Hacı Zeynalabdin Tağıyev cənablarıyla Ağa Musa Nağıyev tərəflərindən Ədirnədə dər dəsti-inşa bulunan "Dar-ül-əytam" məsarifinə mədar olmaq üzrə beşər bin ruble ilə Hacı Zeynalabdin canibindən başqaca şəhri-məzkurda kain Sultan Səlim Cami-şərifi üçün üç cilddən mürəkkəb "Kəşf-ül-həqaiq" namında bir təfsiri-şərif dahi ihda olunduğu....".
Alim bildirib ki, sənəd Osmanlı Arxivlərində qorunur.

Tağıyev və Nağıyevin Osmanlıya yardımı üzə çıxdı - SƏNƏD - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO