Qəbələdə ağır QƏZA: 5 nəfər xəsarət alıb 

Qəbələdə ağır QƏZA: 5 nəfər xəsarət alıb 

Hazırda oxunan: Qəbələdə ağır QƏZA: 5 nəfər xəsarət alıb 

148420

Bu gün axşam saatlarında Qəbələ rayon ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi sürücülərdən birinin səhlənkarlığından baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, "VAZ-21011" markalı avtomobillə "VAZ-2106" avtomobillərin toqquşması ağır nəticələrə səbəb olub.  

İlkin məlumatalara əsasən ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə bir neçə Təcili Tibbi Xidmət avtomobilləri cəlb edilib.  

Daha sonra xəsarət alan şəxslər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilib, müayinələr həyata keçirilir.  

Qəzanın təfərrüatları araşdırılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO