Qəbələdə 23 uşaq bağçasından 365 nəfər məktəbə qədəm qoyacaq - FOTO

Qəbələdə 23 uşaq bağçasından 365 nəfər məktəbə qədəm qoyacaq - FOTO

Hazırda oxunan: Qəbələdə 23 uşaq bağçasından 365 nəfər məktəbə qədəm qoyacaq - FOTO

148407

Qəbələdə fəaliyyət göstərən 23 uşaq bağçasından 365 nəfər uşaq bu il məktəbə yola salınır. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Rayon Təhsil Sektorundan məlumat verilib. 

Bu münasibətlə Qəbələ rayon məktəbəqədər təhsil müəsissələrinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların məktəbə yola salınmaları ilə əlaqədar “Əlvida bağça” adlı tədbir keçirilib.
Rayon Təhsil Sektorunun müdiri Arifə Bayramova balaca fidanları və onların valideynlərini əlamətdar gün münasibəti ilə təbrik edib.

Diqqətə çatdırılıb ki, bu il rayonda fəaliyyət göstərən 23 uşaq bağçasından 365 nəfər uşaq məktəbə yola salınır. Rayon ziyalılarının, qonaqların iştirak etdiyi tədbirdə uşaqların ifasında səhnəcik və rəqslər nümayiş etdirilib, nağıl qəhrəmanları canlandırılıb, vətənimizi, bayrağımızı, qələbəmizi və təbiətimizi tərənnüm edən şeirlər səsləndirilib. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO