Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası KEÇİRİLDİ - FOTO 

Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası KEÇİRİLDİ - FOTO 

148406

Gəncə şəhərində Məhərrəm ayı ilə əlaqədar olaraq Aşura günündə könüllü qanvermə aksiyası təşkil olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq sakinlər gün ərzində Mərkəzi Qan Bankının Gəncə Bölməsinə yaxınlaşaraq qan veriblər. 

Aksiya zamanı əvvəlcədən həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. 

Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO