“Sertifikasiyadan keçməyən müəllimlər üçün kurslar təşkil edilsin” – Deputatdan TƏKLİF

“Sertifikasiyadan keçməyən müəllimlər üçün kurslar təşkil edilsin” – Deputatdan TƏKLİF

Hazırda oxunan: “Sertifikasiyadan keçməyən müəllimlər üçün kurslar təşkil edilsin” – Deputatdan TƏKLİF

148062

“Müəllimlərin sertifikatlaşdırılması və onların təhsildən uzaqlaşdırılması ilə bağlı ciddi narahtlığımı ifadə etmək istəyirəm. Kəsib atmaq, doğrayıb-tökmək, uçurmaq, əzmək, yıxmaq və dağıtmaq dünyada ən asan işlərdir. Gəlin asanın dalınca qaçmaq yolunu yox, qurub-yaratmaq yolunu tutaq”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev sosial şəbəkə hesabında yazıb.

“Bu gün 30 yaşında iş üçün müraciət edən şəxsə az qalırlar desinlər ki, yaşın çoxdur. İndi siz orta yaşlı müəllimi çıxdaş etməklə onun bütün dünyasını yıxmış olursunuz. O, haradan iş tapacaq? Pensiya almağa getsə, kişilərə deyəcəklər ki, 65 yaşın yoxdur, qadınlara da 63 yaş 6 ay tamam olmayıb”, - deyə deputat əlavə edib.

Razi Nurullayev problemdən çıxış yolunu da göstərib:

“Sertifikasiyadan keçməyən müəllimlər üçün yeni kurslar təşkil edilsin. Qoy biliklərini, metodoloji və pedaqoji bilik və bacarıqlarını artırsınlar. Kim ki, dərs almayacaq, hazırlaşmayacaq, kurslara gəlməyəcəksə, o zaman buyurun qərarınızı verin”. 

Deputat məsələ ilə bağlı üç təklifi qeyd edib:

“- Sertifikasiyada uğursuzluğa düçar olan müəllimləri təkrar əlavə kurslara və təlimlərə cəlb edilsin;

- Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrini bitirən şəxslərin diplomunu tanınsın;

- Standartlara uyğunluğu əsas gətirib ianə ilə tikilən məktəb, uşaq bağcası və digər analoji tikintilərə şərait yaradılsın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO