Bakı meqapolisə çevrilib, bölgələrdə isə bol oksigen var – FOTO

Hazırda oxunan: Bakı meqapolisə çevrilib, bölgələrdə isə bol oksigen var – FOTO

147690

Bu fikirləri ölkəmizə istirahətə gələn əcnəbilər səsləndirir. Onlar Bakı ilə yanaşı bölgələrdə də turizm infrastrukturunun inkişaf etdiyini bildirirlər. Qiymətlər də əlçatandır.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, builki yay turizm mövsümündə havalar nə qədər qeyri-sabit keçsə də paytaxt Bakı ilə yanaşı bölgələrə də turistlərin axını nəzərəçarpacaq qədər çoxdur. 
 

MÖVZU İLƏ BAĞLI:

Hava şəraiti istirahət məkanlarına necə təsir edib? - VİDEO


Bəs qiymətlərin hər gün dəyişdiyi bir vaxtda xarici turistlər, görəsən, Bakıda qalmağa üstünlük verir ya bölgələri gəzməyi xoşlayır?

Əlbəttə ki, istər otel və hostellərdə, eləcə də ictimai iaşə obyektlərində göstərilən xidmətlərin də turistlərin ürəyincə olması başlıca şərtlərdən sayılır. 

İki il davam edən sərt pandemiya qaydaları yumşalandan sonra Şəkidə turizm sektoru yenidən canlanmağa başlayıb. Həftənin, günün bütün saatlarında bu qədim şəhərdə dünyanın istənilən qitəsindən turistlərlə qarşılaşmaq mümkündür. 

Bəs ölkəmizə gələn turistlər daha çox Bakıda qalmağa üstünlük verir yoxsa ucqar bölgələri gəzməyi sevir və onları bölgələrdəki turizm infrasturukturu qane edirmi? - deyə, qonaqlarımıza bu kimi suallar ünvanladıq.  

Salamlaşıb, tanış oluruq. Nelya Kutukova uzaq Sibirdən gəlib. 

“Biz bir çox maraqlı yerlərə səyahət etmişik. Maraqlı marşrutlarımız var. İlk öncə dağlarla bağlı təəssüratım var. Möhtəşəmdir. İnfrasturuktura gəldikdə əksər getdiyimiz yerlərdə inkişaf edir. Əsasən Bakıda bu əla təşkil edilir. İstirahətə gəldikdə ən çox rayonda istirahət etməyə üstünlük verirəm. Çünki burada qiymətlər əl çatandır, havası, təbiəti gözəldir. Buranın yeməkləri əladır və sakitlikdir”, - deyir, xanım Kutukova.  

Dağlar, meşələr və bol oksigen

Digər turist Vladimir sualımızı eşidər- eşitməz “Əlbəttə burada oksigen boldur. Mənə buralar daha xoş gəldi”, - deyir. Vladimirin də ölkəmizə səfəri paytaxt Bakıdan başlayıb. Hazırda isə bölgələri gəzir, gözəlliklərindən zöv alırır. Bir daha gəlməyi düşünür. 

“İstirahətə gəldikdə Bakı gözəldir lakin rayon sakitlikdi, qiymətlər elə də baha deyil, havası təmiz və gözəldir. Bu baxımdan bölgələri gəzməyi sevirəm”, - deyən həmsöhbətim tarixi məknaların onda böyük xoş təəssürat oyatdığını bildirir. 

Uzaq Amerikaya Şəkidən xoş ovqatla qayıdanlar

Şəkinin dünya turizm marşrutlarında elə tarixi məkanları salınıb ki, bu uzaq Amerikadan gələnlər üçün də cəlbedici və maraqlıdır. Burada turizm infrasturukturu, otelllər eləcə də restoranlardakı qiymətlər xarici turistlər üçün olduqca əlçatandır. Əlbəttə ki, mətbəximizin zəngilnliyi, dadlı yemək və şirniyyatlar da ön sırada gəlir. 

ABŞ-dan ölkəmizə ilk dəfə səfərə gələn xanım Patrisiya Tormino bildirir ki, iki gecə Bakıda olublar. 

“Möhtəşəm paytaxtınız var. Bir gün əvvəl isə Şəkiyə gəlmişik. Xüsusən tarixi məkanlar elə olduğumuz Xan sarayı bizi heyran elədi. Qiymət və xidmətlərə gəlincə, qiymətlər əlçatandır. Hazırda qaldığım otelin xidmətlərindən məmnunam. Düşünürəm ki, mənim bura gəlişim ödədiyim məbləğə uyğundur”, - deyən xanım Patrisiya yenə gəlmək istədiyini bildirir. 

Turistlərlə söhbətdən o da məlum olur ki, marşrutu seçməzdən əvvəl gedəcəkləri məkanlarda xüsusən hansı tarixi abidələrin olmasına eləcə də bu bölgədə xristian abidələrinin olub-olmamasına diqqət edənlər, onların hazırkı vəziyyəti ilə maraqlananlar da az deyil.

Elə müsahibimiz Pol Zays kimi. Onu Xan sarayı nə qədər valeh edibsə, Kiş Alban məbədi də bir o qədər xoş təssürat yaradıb. Xüsusən ölkəmizdəki dini abidələr, konfensiyaların inkişafına göstərilən diqqət amerikalı turistin marağına səbəb olub: 

“Səmimi etiraf edim ki, Qafqaz dağlarının ətəyinə səyat uzun yolçuluqdan sonra mənə daha xoş gəldi. Qeyd edim ki, qiymətlər münasibdi, burada olmağımdan məmnunam. Ödədiyimiz vəsait qarşılığında kifayət qədər yaxşı xidmətlər alırıq”.

Paytaxt Bakı kimi bölgələrdə də toletantlıq hökm sürür. 

Araşdırma apardığımız müddətdə daha bir maraqlı turist qrupu ilə qarşılaşdıq. Dini konfensiyaları təmsil edən qrup bölgələrdə daha maraqlı vaxt keçirdiklərini bildirir. Qrupun üzvü Larisa Latvininko bildirir ki, Bakıda əksər dinlərin dini məbədgah və kilsələrində olub və insanların ibadət mərasimlərini müşahidə ediblər. Larisanın diqqətini cəlb edən əsas məqam isə bölgələrdə tolerantlıq mühitinin qorunub saxlanması və dövlətin dəstəyidir. 

Belə ki, yolüstü onlar Qəbələ və Oğuzda olarkən məlum olub ki, sinaqoqların, kilsələrin qapısı heç vaxt bağlanmır.

Belə məkanlar bütün dinlərin nümayəndələri üçün müqəddəs olduğundan hamı sinaqoq, kilsə və məscidə xüsusi ehtiramla yanaşır.

“İlk dəfədir gəlirik. Mən əvvəlcə Azərbancanda tolerant mühitdən çox məmnun qaldım. Burada bütün dinlərdən insanlara, onalrın ibadət ocaqlarına baş çəkirik və göstərilən diqqət, qayğı ölçüyə gəlməyəcək qədər əladır. Bakı canlı bir bir orqanizmi xatırlatı mənə, burada isə hər tərəf dağlıqdı. Yatıb duranda pəncərədən dağları görürsən və bu unudulmaz bir mənzərədir”, - deyən turist bütün gördüklərini qələmə alacağını və təmsil etdiyi konfensoyaların saytlarında dərc edəcəyini də sözlərinə əlavə edir. 

Söhbət etdiyimiz əksər turistlər paytaxt Bakıda turizm infrasturkturunun yetərincə inkişaf etdiyini, onunla müqayisədə bölgələrdə çatışmazlıqların mövcudluğunu qeyd etsələr də, nəzakət xətrinə mikrafona səsləndirməyi lüzum görmədilər.
Apardığımız söhbətlərdən belə qənaətə gəlmək olur ki, Şəkinin tarixi məkanları, təbiəti, flora və faunası, insanlarla ünsiyyət xüsusən də mətbəxi onlarda o qədər xoş ovqat, təssürat yaradır ki, neqativlərə “göz yummağa” imkan verir.  




























Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO