Bakının mərkəzini çirkab suları BÜRÜDÜ – VİDEO 

Bakının mərkəzini çirkab suları BÜRÜDÜ – VİDEO 

Hazırda oxunan: Bakının mərkəzini çirkab suları BÜRÜDÜ – VİDEO 
147445
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının mərkəzini çirkab suları bürüyüb. 

Söhbət Yasamal rayonu, Caspian plazanın arxasında olan Nəcəf bəy Vəzirok küçəsi 26 -dan gedir. Ehtimallara görə ərazidə kanalizasiya xəttində qəza baş verib. 

Bizim.Media-ya müraciət edən sakinlərin bildirdiyinə görə iki aya yaxındır ki, yolun hərəkət hissəsinə çirkab suları dolub. Əraziyə kanalizasiya sularından və üfunətdən daxil olmaq mümkün deyil. Ərazidə avtomobillərini park edən sürücülər belə çətinlik çəkirlər. 

Sakinlər deyir ki, bir müddət əvvəl vəziyyətlə bağlı şikayətdən sonra aidiyyəti qurumlar əraziyə gəlib tədbir görüblər. Amma yol sadəcə olaraq iki gün quru qalıb. Növbəti gün yenə yolu çirkab suları bürüyüb. Hazırda da durum eynidir. 
“Azərsu”ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bizim.Media-ya  açıqlamasında bildirib ki, məsələ ilə bağlı aidiyyəti idarə məlumatlandırılıb:

“Tərəfimizdən lazımi tədbirlər görüləcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO