“DOST” mərkəzlərinin xidmətləri ARTIRILDI - FOTO 

“DOST” mərkəzlərinin xidmətləri ARTIRILDI - FOTO 

Hazırda oxunan: “DOST” mərkəzlərinin xidmətləri ARTIRILDI - FOTO 
147438
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Prezidentinin 2023-cü 12 iyul tarixli Fərmanı ilə “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”na daha 5 xidmət əlavə edilərək xidmətlərin sayı 159-a çatdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib. 

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərindən biri kimi, 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açıldığını, ötən dövrdə bu mərkəzlərdə 1 milyon 616 mindən çox vətəndaşa xidmət göstərildiyini, xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,2 faiz təşkil etdiyini qeyd edib. 

O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sayəsində Azərbaycanda dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyini vurğulayıb. 
Bu ilin sentyabr ayında DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Azərbaycanda ilk dəfə sosial xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” adlı beynəlxalq konfransın keçiriləcəyi diqqətə çatdırılıb. 

Bildirilib ki, Regional DOST infrastrukturunun qurulması ilə bütün ölkə əhalisi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin sakinləri DOST xidmətləri ilə tam əhatə olunacaq. 

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən Agentliyin bu ilki fəaliyyətinə və hədəflərinə dair təqdimat edilib. 

İclasda DOST Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub. 

“DOST” mərkəzlərinin xidmətləri ARTIRILDI - FOTO  - foto 1
“DOST” mərkəzlərinin xidmətləri ARTIRILDI - FOTO  - foto 2
“DOST” mərkəzlərinin xidmətləri ARTIRILDI - FOTO  - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO