Dondurma emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI - FOTO 

Dondurma emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI - FOTO 

Hazırda oxunan: Dondurma emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI - FOTO 
147202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lənkəranda nöqsanlar aşkarlanan dondurma emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Lənkəran rayonu, Bakı-Astara şossesində (“Ləvəngi dairəsi” adlanan ərazidə) fəaliyyət göstərən fiziki şəxs İsa Valeh Raqif oğluna məxsus dondurma emalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Belə ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub. 

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, üzərində etiket məlumatları olmayan 336 kq dondurma məhsulunun satışı qadağan edilərək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

İstehsal olunan dondurmalardan nümunələr götürülərək müayinələrin aparılması üçün AQTİ-nin sınaq laboratoriyasına təqdim edilib.

Dondurma emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI - FOTO  - foto 1
Dondurma emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI - FOTO  - foto 2
Dondurma emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI - FOTO  - foto 3
Dondurma emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI - FOTO  - foto 4
Dondurma emalı müəssisəsinin fəaliyyəti MƏHDUDLAŞDIRILDI - FOTO  - foto 5
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO