Yeni Klinikaya direktor təyin EDİLDİ

Yeni Klinikaya direktor təyin EDİLDİ

Hazırda oxunan: Yeni Klinikaya direktor təyin EDİLDİ
146261
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Yeni Klinikaya direktor təyin edilib.

TƏBİB-dən Bizim.Media-ya verilən xəbərə görə, xəstəxananın direktoru vəzifəsi Barat Yusubova həvalə olunub.

Barat Yusubov 08.01.1978-ci il tarixində Lerik rayonunun Pirasora kəndində anadan olub. 1995-ci ildə Pirasora kənd orta məktəbində təhsilini başa vurub.

1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001-2002-ci illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.

2002-2004-cü illərdə hərbi xidmətdə olarkən tibb məntəqə rəisi olaraq çalışıb. 2004-2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005-2009-cu illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib.
2009-2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012-2015-ci illərdə “Medistyle Hospital”ın baş həkimi kimi çalışıb. 2015-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Hemodializ şöbəsinin müdiri, həkim-nefroloq kimi, 2019-cu ildən etibarən Azərbaycan Tibb Universiteti III Daxili xəstəliklər kafedrasının assistenti kimi fəaliyyət göstərir.

2015-2018-ci illərdə “Medical Plaza Klinikası”nın baş məsləhətçisi, 2017-ci ildə “HB Güven Klinikası”nın baş məsləhətçisi, 2017-2019-cu illərdə “SonoMed” eşitmə mərkəzinin baş məsləhətçisi, 2018-ci ildən “EGE Hospital”ın Müşahidə Şurasının sədri kimi çalışıb.

B.Yusubov 2018-ci ildə Nefroloqlar Cəmiyyətini təsis edib, 2018-2020-ci illər ərzində Cəmiyyətin sədri olub.

Eyni zamanda o, 2022-ci ildə Azərbaycan Daxili Xəstəliklər Dərnəyini təsis edib və 2022-ci ildən etibarən Dərnəyin sədri kimi fəaliyyət göstərir.
B.Yusubov müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO