AAYDA sürücülərə müraciət ETDİ

AAYDA sürücülərə müraciət ETDİ

Hazırda oxunan: AAYDA sürücülərə müraciət ETDİ

145934

Bu gün gecə saat 23:00-dan səhər saat 05:00-dək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-16-cı km-lik hissəsində (“Şamaxinka”-“VAZ dairəsi”) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya verilən məlumata görə, nişanlanma xətlərinin yenidən rənglənməsi bir neçə gün davam etdiriləcək və işlər yalnız gecə saatlarında aparılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.
Xatırladaq ki, bundan öncə sözügedən magistral yolun 16-30.5-ci km-lik hissəsində də hər iki istiqamətdə analoji işlər aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO