BİZİM TƏQVİM: 13 iyul tarixində nələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 13 iyul tarixində nələr baş verib?

145898

2006-cı ilin bu günündə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli 2002-ci il sentyabrın 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin, ABŞ-ın energetika nazirinin iştirakı ilə qoyulub. 

2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilib və ilk neft boru xəttinə vurulub. Həmin ilin oktyabrında isə kəmərin Gürcüstan hissəsi istifadəyə verilib. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb və iyulun 4-də neftlə yüklənmiş ilk tanker buradan yola salınıb.

Bəs, iyulun 13-də dünyada daha hansı hadisələr baş verib?

1. 1856-cı il iyulun 13-də Krım uğrunda Rusiya ilə müharibədə qazanılan qələbə şərəfinə İstanbulda möhtəşəm ziyafət təşkil olundu. Bu münasibətlə İstanbul Boğazının  Avropa sahilində Sultan I Əbdülməcidin sifarişi ilə inşa olunmuş Dolmabaxşa sarayının açılış mərasimi keçirildi. Elə həmin vaxtdan bu saray Osmanlı hökmdarlarının baş iqamətgahına çevrildi. Qeyd edək ki, Dolmabaxça sarayının tikintisi Osmanlı imperiyasının illik büdcəsinin 3-də 1-i hesabına başa gəlib.

2. 1878-ci ilin 13 iyulunda Avropa Dövlətləri Konqresində Berlin Traktatı imzalandı. 

3. 13 iyul 1897-ci ildə italiyalı ixtiraçı və elektrik mühəndisi Quqlielmo Markoni (1874-1937) radionu ixtira etdiyinə görə patent alıb.

4. 1908-ci ilin bu günündə ilk dəfə olaraq qadın idmançılar müasir Olimpiya oyunlarında  iştirak ediblər.

5. 13 iyul 1915-ci ildə ittifaq dövlətləri Çanaqqala müharibəsinin Seddülbahir cəbhəsində böyük hücuma keçdi. İngiltərə və Fransa qüvvələrinin bu hücumunu Osmanlı-Türk Ordusu çox sayda şəhid verərək dayandıra bildi.  

6. Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin 13 iyul 1918-ci il qərarı ilə Xalq Səhiyyəsi Nazirliyinə hərbi səyyar xəstəxanalar yaradılması tapşırıldı və bunun üçün 50 min rubl kredit ayrıldı. Bu tədbir, ilk növbədə, erməni silahlı birləşmələri ilə döyüşlərdə yaralananlara yüksək səviyyədə tibbi yardım göstərmək ehtiyacı ilə bağlı idi.

7. 1930-cu ilin 13 iyul tarixində Uruqvayda futbol üzrə ilk dünya çempionatı keçirildi.

8. 13 iyul 1992-ci ildə Azərbaycan Respublikası ilə Oman arasında diplomatik münasibətlər qurulub.

9. 1996-cı ilin bu günü ümummilli lider Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək,  Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və Avropa İnsan Haqları Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

10.  13 iyul 2007-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə arasında təmənnasız hərbi yardım haqqında saziş imzalanıb.

11.  2009-cu ilin 13 iyulunda İstanbulda Türkiyə üzərindən Avropa ölkələrinə təbii qaz sövğiyyatı üçün inkişaf etdirilən Nabukko (Nabucco) Müqaviləsi imzalandı.

12. 13 iyul 2012-ci ildə Azırbaycan brendi olan ASAN xidmət təsis edilib

13 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli dramaturqu Nəcəf bəy Vəzirov 13 iyul 19926-cı ildə vəfat edib.

2. Azərbaycanda yüksək gərginliklər texnikası və elektrofizika elmi istiqamətinin yaradıcısı və rəhbəri Çingiz Cuvarlı 1913-cü ilin bu günü anadan olub. Elektroenergetikanın fiziki-texniki və fundamental problemlərinin işlənilməsində əvəzsiz xidmətləri olan Ç.Cuvarlı onlarla monoqrafiya və dərs vəsaitinin müəllifidir. (1913-2000)

3. Azərbaycanlı rəssam, Əməkdar incəsənət xadimi Şamil Qazıyev 13 iyul 1980-ci ildə dünyasını dəyişib.

4. Məşhur "Ulduz döyüşləri" və "İndiana Cons" silsilə filmlərinin tanınmış aktyoru Harrison Ford 13 iyul 1942-ci ildə ABŞ-ın Çikaqo ştatında dünyaya gəlib.

5. Azərbaycanın Milli Qəhrəmanı Arif Qədiməliyev 13 iyul 1975-ci ildə doğulub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO