Yanlış əməliyyat olunan 16 yaşlı Ümüd vəfat ETDİ - FOTO

Yanlış əməliyyat olunan 16 yaşlı Ümüd vəfat ETDİ - FOTO

Hazırda oxunan: Yanlış əməliyyat olunan 16 yaşlı Ümüd vəfat ETDİ - FOTO
144681
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən ilin noyabrında avtomobillə vurulan və yanlış əməliyyat nəticəsində ölümcül vəziyyətə düşən 16 yaşlı Ümüd Əhmədov ötən gün dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə gəncin anası Qızılgül Quliyeva sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, övladının xəstəliyinin əlacı tapılmışdı və sağalmasına çox az qalmışdı. Lakin yaşamağa gücü qalmayan Ümüdün ürəyi dayanıb.

Qeyd edək ki, Ü. Əhmədov qəzadan sonra “Medera Hospital”a çatdırılmışdı. Anasının sözlərinə görə, xəstəxanada əməliyyat zamanı onun nəfəs borusu və qida borusunun arası yırtılıb.

Əməliyyat və müalicələrə 180 min manat pul xərclədiyini deyən ana bildirmişdi ki, 7 aydan çox övladının boğazından bir qurtum su da keçməyib və uşağın çəkisi 90 kq-dan 20-yə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO