"Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur" - RSXM

Hazırda oxunan: "Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur" - RSXM
144459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur".

Bizim.Media  xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.

Baş direktor yeni xəritə ilə bağlı RSXM tərəfindən təklif verildiyini söyləyib.

Azərbaycanda bu xəritənin ən son 1957-ci ildə ərsəyə gəldiyini xatırladan Q.Yetirmişli bildirib ki, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni xəritənin hazırlanması istiqamətində işlər aparılır.

Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO